Xəbərlər
15.04.2021 - 10:46
AZƏRBAYCAN TƏHSİL İŞÇİLƏRİ AZAD HƏMKARLAR İTTİFAQININ (ATİAHİ) TƏSİS EDİLMƏSİNİN 100 İLLİYİ İLƏ ƏLAQƏDAR İSMAYILLI DÖVLƏT HUMANİTAR VƏ TEXNOLOGİYA KOLLECİNİN DİREKTORU DOSENT KƏMALƏ SÜLEYMANLI “YUBİLEY DÖŞ NİŞANI” İLƏ TƏLTİF OLUNMUŞDUR

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) təsis edilməsinin 100 illiyi ilə əlaqədar Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 01 mart 2021-ci il tarixli 28 N-li Rəyasət Heyətinin qərarına əsasən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru dosent Kəmalə Süleymanlı “Yubiley Döş Nişanı” ilə təltif olunmuşdur. Təltifi ATİAHİ-nin İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov təqdim etdi.