Xəbərlər
15.04.2021 - 19:00
“XARIBÜLBÜL” MÖVZUSUNDA FOTO VƏ ƏL İŞLƏRİNDƏN İBARƏT RƏSM MÜSABİQƏSİ KEÇİRİLİB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 09 aprel 2018-ci il Sərəncamı ilə hər il 27 mart tarixinin “Elm günü” kimi təsis olunması haqqında qərar qəbul edilib.

Azərbaycan Milli Elmlər Akademiyası, Dendrologiya İnstitutu, Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsi Sərəncamdan irəli gələn müddəaları əsas götürərək, 15 aprel 2021-ci il tarixində saat 11:30-da “Elm günü”nə və Qarabağın azad edilməsində qazanılmış uğurlara həsr edilmiş “Xarıbülbül” mövzusunda foto və əl işlərindən ibarət rəsm sərgisi keçirdi.

Müsabiqə açıq hava şəraitində karantin qaydalarına riayət etməklə baş tutub.

Sərgini açıq elan edən tədbirin təşkilatçısı AMEA Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Həmkarlar Təşkliatının sədri Tünzalə Zeyvəliyeva müsabiqənin “Elm günü”nə və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müdrik uzaqgörən siyasəti ilə bərabər 44 günük Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində uzun illər həsrətində olduğumuz Qarabağın azad edilməsində qazanılmış zəfərə həsr olunduğunu vurğuladı.  

 Müsabiqənin ana xəttinin gənclərdə vətənə məhəbbət hisslərinin gücləndirmək, vətən torpağının təbiətini, səfalı yaylaqlarını və meşələrini təsvir etmək olub. Tədbirdə könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak ediblər. Seçim zamanı əl işlərinə kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi və ideyası əsas götürüldüyünü qeyd etdi. Müsabiqənin təşkil edilməsində məqsəd Vətən müharibəsində Azərbaycan ordusunun nümayiş etdirdiyi şücaəti gənc rəssamların gözü ilə hər kəsə çatdırmaq olduğunu vurğuladı.

Müsabiqənin yekun mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, gənclərin asudə vaxtlarında intellektual səviyyələrini inkişaf etdirmək üçün bu cür müsabiqələrin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova isə müsabiqənin uşaqların və gənclərin inkişafında, onlarda ekoloji mədəniyyətin formalaşmasında, vətənə, elmə, təbiətə maraq yaratmasında önəminə toxunub.

Tədbirdə, həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini Xəzər Zeynalov çıxış edərək uşaqların və gənclərin yaradıcılığa cəlb edilməsi, onlarda vətənə məhəbbət hisslərinin aşılanması, intellektual biliklərinin artırılması, dünyagörüşlərinin formalaşmasında belə maarifləndirici tədbirlərin həyata keçirilməsini yüksək qiymətləndirib.

AMEA Azad Həmkarlar İttifaqının sədri professor, Habil Qurbanov çıxış edərək,  İnstitutun rəhbərliyinə və Həmkarlar təşkilatının sədri Tünzalə Zeyvəliyevaya tədbirin təşkil olunmasında əziyyətinə görə təşəkürünü bildirmiş, 27 mart elm günü və Vətən müharibəsində Qarabağın  azad edilməsinə həsr olunmuş tədbirin yüksək səvyyədə keçirildiyini qeyd etdi.

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə bu cür tədbirlərin mütəmadi keçiriləcəyini söyləyib: “Azərbaycanı gənc nəslə tanıtmaq, Vətən müharibəsindəki həmrəylik və birliyimizi qorumaq, şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızı tərənnüm etməkdə gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə belə tədbirlər daim keçiriləcək”.

Çıxışlardan sonra müsabiqənin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb, ilk üç yerin qalibinə diplomla bərabər pul mükafatları təqdim olunub.

Qeyd edək ki, müsabiqəyə Gəncə, Qazax, Şəki, Xaçmaz və Lənkəranda yerləşən orta təhsil müəssisələrindən 25, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından isə 5 olmaqla, ümumilikdə 354 rəsm əsəri, 30 əl işi təqdim edilib.

 

“Xarıbülbül” mövzusundafoto və əl işlərindən ibarət rəsm sərgini

təşkil edən, AMEA Dendrologiya İnstitutu Həmkərlar Təşkilatının sədri Zeyvəliyeva Tünzalə