Xəbərlər
03.05.2021 - 11:36
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN HİK-Sİ 03.05.2021-Cİ İL TARİXİNDƏ RAMAZAN BAYRAMI MÜNASİBƏTİ İLƏ İNSTİTUTUN AKT ZALINDA TƏDBİR KEÇİRMİŞDİR

Tədbiri giriş sözü ilə açan AMEA Riyaziyyat və Mexanika İnstitutunun HİK-nin sədri dos. İradə Mirzəzadə dünyada, eləcə də Azərbaycanda yayılmış Covid-19 infeksion xəstəliyi barədə məlumat verərək bildirmişdir ki, dövlət başçısının ciddi nəzarəti altında koronavirusun yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.

Daha sonra Komitə sədri dos. İradə Mirzəzadə, Riyaziyyat ve Mexanika Institutunun Həmkarlar İttifaqı Komitəsi adından İnstitutun xüsusi yardıma və qayğıya ehtiyacı olan 23 az təminatlı əməkdaşına zəruri ərzaq məhsullarından ibarət sovqat təqdim edib, onları Ramazan Bayramı münasibəti ilə təbrik etmişdir.

Yardım alan əməkdaşlar dövlətin və ictimaiyyətin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirdilər.