Xəbərlər
07.05.2021 - 13:49
ZOOLOGİYA İNSTİTUTU ƏMƏKDAŞLARINA BAYRAM SOVQATI PAYLANIB

AMEA Zoologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşıdan gələn Ramazan bayramı münasibətilə institutda çalışan 116 əməkdaşa sovqat paylanıb.
İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini icra edən Mənsurə Əliyeva əməkdaşlara sovqat paylarını təqdim edərək, müqəddəs Ramazan bayramı münasibəti ilə hamını təbrik edib.