Xəbərlər
01.06.2021 - 12:43
1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ MÜNASİBƏTİLƏ AMEA DENDROLOGİYA İNSTİTUTUNDA TƏDBİR KEÇİRİLİB.

01.06.2021-cı il tarixdə AMEA Dendrologiya İnstitutunda 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.

Tədbiri giriş sözü ilə açan İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, HİK-sədri Zeyvəliyeva Tünzalə şagirdləri təbrik etdi. Bildirdi ki,1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilməsi 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfrası"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Müdafiəsi Günü kimi tarixə düşüb. Bu bayramla yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur.

Bu bayram dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Belə ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə uşaqlara diqqət və qayğı ilə yanaşmış, "Uşaqlar bizim gələcəyimiz"dir demişdir. Ulu öndərin bu siyasəti hal-hazırda hörmətli prezidentimiz İlham Əliyev, onun həyat yoldaşı, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Xanım Əliyeva tərəfindən uğurla davam etdirilir, bu sahədə çox böyük işlər görülür və tədbirlər həyata keçirilir.

Daha sonra İnstitutun elmi işçisi Hüseynova Aynur  İnstitutun yaranma tarixi, fəaliyyət istiqamətləri, burada yaradılmış park-bağ barədə şagirdlərə məlumat verib. Bildirib ki, burada bitən flora növlərinin sayına və yaşına görə Dendrologiya İnstitutu dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir. O, Şagirdlərə ölkəmizin zəngin florası, biomüxtəlifliyə təsir edən amillər, aqrobiomüxtəliflik və onun əhəmiyyəti, canlı aləmin təbiətdə və insan həyatında rolu, Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Tədbir İnstitutun digər işçilərinin çıxışları ilə davam etdi. Onlar öz çıxışlarında uşaqları təbrik etmiş, onlara sağlam və xoşbəxt həyat yaşamağı arzulamışlar.

Sonda məktəblilər üçün müxtəlif mövzuları əhatə edən təlimlər, ekoloji oyunlar təşkil olunub.