Xəbərlər
27.07.2021 - 14:04
RESPUBLİKA SEYSMOLOJİ XİDMƏT MƏRKƏZİNİN ƏMƏKDAŞLARI GƏZİNTİDƏ

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 24, 25 iyul tarixlərində (2 gün 1 gecəlik) mərkəzin 18 nəfər əməkdaşı üçün Qax rayonunda yerləşən Uludağ Ailəvi İstirahət Kompleksinə gəzinti təşkil olunmuşdur. Gəzinti zamanı əməkdaşlar Qax rayonunun bir sıra gəzməli-görməli yerlərində (Ulu körpü, Sumuq Qala, Şamil qala, Ramramay şəlaləsi, Mamırlı şəlaləsində) olmuş və xatirə şəkilləri çəkdirmişlər.

Səfər əməkdaşların xoşuna gəlmiş və Həmkarlar Təşkilatına təşəkkürlərini bildirmişlər.