Xəbərlər
20.08.2021 - 15:06
DENDROLOGİYA İNSTİTUTU İNTERNET ÜSTÜ ZƏFƏR TV KANALINDA MÜSAHİBƏLƏR TƏŞKİL OLUNUB

Bildiyimiz kimi Zəfər TV - nin buraxılışları Qətiyyətli Ali Baş Komandanın rəhbərliyi sayəsində müzəffər Ordumuzun şücaəti ilə böyük qələbə salnaməsinin qazanıldığı tarixə həsr olunub.

AMEA Dendrologiya İnstitutu İctimaiyyətlə əlaqələr  şöbəsinin təşkilatçılığı ilə Zəfər TV-nin yayımında elmin son yenilikləri və nailiyyətləri, dövrün qlobal problemlərindən  bəhs edilən  video süjetlər yayımlanır.

19. 08.2021 –ci il tarixində növbəti yayım “Elm və həyat” verilişi açıq havada studiya şəraitində yayımlanıb.

AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov, alimlər və gənc musiqiçi verilişin qonaqları olub.

Verilişin ilk qonağı AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov Son dövrlər dünya birliyini narahat edən İqlim dəyişkənlikləri və onun ətraf mühitə ekoloji təsiri. ətraf mühitin təhlükəsizliyini və biomüxtəlifliyin qorunmasını necə təmin etməyin yolları və iqlim dəyişkənliyin  ölkəmizin meşələrində hansı növlərdə büruzə verildiyini, Abşeron yarımadasında mövcud Eldar şamlarının kütləvi surətdə məhv olma səbəblərindən danışdı.

Daha sonra Dendrologiya İnstitutu “Sənaye əhəmiyyətli  bitkilər” laboratoriyasının alimləri  antimikrob əleyhinə dərman əhəmiyyətli bitkilərdən alınan efir yağlarının tibdə istifadəsi yolları  və pandemiya şəraitində orqanizmdə immunitetin təbii üsullarla gücləndirilməsindən və “Xalq təbabəti ilə müalicə koronavirusla mübarizədə nə dərəcədə təsirlidir?” mövzusu ətrafında geniş müzakirələr aparılıb.