Xəbərlər
10.07.2014 - 14:11
28 may Respublika günü münasibətilə AMEA-nın prezidentinin sərəncamına əsasən AHİK maliyyə dəstəyi ilə 21 nəfər gənc alimə 3 kateqoriya üzrə mükafatlar verildi.

21 gəncalimə 10 iyul 2014-cü ildə AMEA-nın Əsas binasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyədəstəyi, AMEA prezidenti, akademik Akif Əlizadənin  20 may 2014-cü il tarixli Sərəncamına əsasən AMEA Rəyasət Heyətinin gənc alimlər üçün 3 kateqoriya üzrə  müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA Azad Həmkarlar İttifaqının sədri, professor  İsaAlıyev müsabiqənin keçirilməsində məqsədin gənc alimlərin fəaliyyətinin stimullaşdırılması, onlara əlavə yaradıcılıq imkanlarının yaradılması olduğunu bildirdi. Qeyd etdi ki, 37 gənc alimin son 3 ildə əldə etdikləri elmi nəticələr müsabiqəyə təqdim edilmişdir. Təqdim edilmiş elmi nəticələrin ekspertizası və qiymətləndirilməsi AMEA prezidentinin sərəncamı ilə yaradılmış Komissiya tərəfindən həyata keçirilmişdir. İddiaçıların nəticələrinin elmi-praktiki əhəmiyyətinə görə 21 nəfər gənc alim 3 kateqoriya üzrə mükafatına layiq görülmüşdür.

Sonra qaliblərin mükafatlandırma mərasimi keçirildi. AMEA Rəyasət Heyətinin qərarı ilə müsabiqənin 1-ci kateqoriya üzrə 8 qalibinə 2500 manat, 2-ci kateqoriya üzrə 10 qalibinə 2000 manat, 3-cü kateqoriya üzrə 3 qalibinə 1500 manat pul mükafatı təqdim olundu.

Sonda mükafatın qaliblərindən – Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi Aynurə PaşayevaFəlsəfə və Hüquq İnstitutunun kiçik elmi işçisi Yasmina Məlikova və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə AMEA prezidenti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və AMEA Azad Həmkarlar İttifaqına minnətdarlıqlarını bildirdilər.