Xəbərlər
03.12.2021 - 12:00
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARININ ƏMƏKDAŞLARI AĞACƏKMƏ AKSİYASINDA İŞTİRAK EDİBLƏR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində dekabrın 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, həmçinin qurumun üzv və tabe təşkilatlarının əməkdaşları ağacəkmə kampaniyasında iştirak ediblər.

Sözügedən aksiyada AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, h.ü.e.d., Habil Qurbanov və ilk təşkilatların  sədrləridə iştirak edib.

Ağacəkmə aksiyası yaşıllaşdırma üçün nəzərdə tutulan 280 hektarlıq ərazinin Qaradağ rayon, Müşfiqabad qəsəbəsində yerləşən sahəsində həyata keçirilib.

Həmkarlar ittifaqlarının 150-dən çox əməkdaşı tərəfindən ərazinin torpaq-iqlim şəraitinə uyğun 1000 ədəd Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, “Yaşıl Marafon” layihəsi çərçivəsində ölkədə 1 milyona yaxın ağac əkilməsi hədəflənir.