Xəbərlər
01.11.2021 - 14:00
İDARƏETMƏ SİSTEMLƏRİ İNSTİTUTU GƏZİNTİDƏ

İdarəetmə Sistemləri İnstitutunda həmişə əməkdaşların istirahətinə böyük diqqət yetirilmişdir. İnstitutda əməkdaşların elmi fəaliyyətilə yanaşı İnstitutun əməkdaşlarına, magistr, doktorant və dissertantlarına rəhbərlik və İnstitutun Həmkarlar təşkilatı tərəfindən mədəni istirahət üçün lazımı şərait yaradılmışdır. 29-31 oktyabr 2021-ci il tarixlərində İnstitutun əməkdaşları üçün (26 nəfərlik) Şamaxı Astrofizika Rəsədxanasına-Pirquluya 3 günlük gəzinti təşkil edilmişdir.