Xəbərlər
17.01.2022 - 14:00
“İQTİSADİ BƏRPA PLANLARININ FORMALAŞDIRILMASI – YENİ ÇAĞIRIŞLAR QARŞISINDA HƏMKARLAR İTTİFAQLARININ ROLU” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı, Bəynəlxalq Əmək Təşkilatının dəstəyi ilə “İqtisadi bərpa planlarının formalaşdırılması – yeni çağırışlar qarşısında həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar keçirilib.

Seminarda Azərbaycan həmkarlar ittifaqlarının 30-a qədər fəal üzvü və AHİK-in ekspertləri iştirak ediblər.

Tədbirdə AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov giriş sözü ilə çıxış edib. Sonra qurumun mütəxəssisi Tural Süleymanovun mövzu ilə bağlı məruzəsi dinlənilib. O, çıxışında pandemiyanın yaratdığı fəsadlar, xəstəliyə qarşı ölkəmizdə görülən qabaqlayıcı tədbirlər, ölkəmizin bu sınaqdan üzüağ çıxma səbəbləri, ölkəmizdə dayanıqlı iqtisadi inkişafdan bəhs edib.

Daha sonra çıxış edənlər – AHİK-in baş mütəxəssisi Arif İbrahimov, AHİK-in mütəxəssisi Qara Ağayev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (HİRK) Aparat rəhbəri Şaiq Əhmədov, AMEA-nın İqtisadiyyat institutunun Həmkarlar İttifaqı Komitəsinin sədri Paşa Tanrıverdi, Təhsil İşçiləri Azad HİRK-in Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Yerli Sənaye və Kommunal Məişət Müəssisələri İşçilərinin HİRK-in katibi ismayıl İsmayılov və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.