Xəbərlər
17.03.2022 - 13:28
HƏMKARLAR TƏŞKİLATI ƏMƏKDAŞLARA BAYRAM SOVQATI PAYLAYIB

AMEA İqtisadiyyat İnstitutun Həmkarlar Təşkilatı vaxtaşırı müxtəlif mədəni kütləvi tədbirlər təşkil edir, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili üçün regionlara səfərlər təşkil edir.

 Həmkarlar Təşkilatı “Novruz Bayramı” ərəfəsində 154 nəfər əməkdaşına bayram sovqatı paylamışdır. Əməkdaşlar Həmkarlar Təşkilatının bu təşəbbüsündən məmnun qaldıqlarını bildiriblər.

 İnstitutun Həmkarlar Təşkilatı öz vəsaiti hesabına 11-12 mart 2022-ci il tarixində 11 nəfər əməkdaşın ailəsi ilə birgə Lənkəran rayonunda yerləşən “Xəzər Palace” otelində istirahətini təşkil etmişdir. Əməkdaşlar səyahətdən, oteldə xidmətlərdən razılıqlarını qeyd ediblər (economics.com.az).