Xəbərlər
17.04.2015 - 12:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ NÜMAYƏNDƏLƏRİ AMEA BOTANİKA İNSTİTUTU VƏ MƏRKƏZİ NƏBATAT BAĞINDA GÖRÜŞ KEÇİRMƏSİ HAQQINDA

17.04.2015-ci il tarixində AMEA  Rəyasət Heyəti Azad Həmkarlar İttifaqının sədri, i.e.d., professor İsa Alıyev, AMEA AHİ-nın Rəyasət Heyətinin üzvü, sədr müavini Səyyar Abdullayev,  AMEA AHİ-nın baş mütəxəssisi Pərviz Həsənov AMEA Botanika İnstitutunda oldular. AMEA Botanika İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə, İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov və İnstitutun Azad Həmkarlar Komitəsinin sədri, b.ü.f.d. Oqtay Mirzəyevin iştirakı ilə keçən görüşdə əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər  və  bəzi problemlər müzakirə olunub. İnstitutla Azad Həmkarlar İttifaqı  arasında imzalanmış kollektiv sazişdən irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olan AMEA AHİ-nın sədri, i.e.d., professor İsa Alıyev mövcud problemlərin həllində Həmkarlar Komitəsinin xətti ilə işçilərə mümkün yardımın göstəriləcəyindən söz açılıb.

Sonda Azad Həmkarlar Təşkilatlarının üzvləri İnstitutun otaq və laboratoriyalarını gəzərək əməkdaşların iş şəraitilə, həmçinin İnstitutda yaradılmış Botanika muzeyi, zəngin Herbari kolleksiyasının yeni infrastrukturu və Mərkəzi Nəbatat bağında keçiriləcək “Qızılgül” sərgisinin hazırlıq işləri ilə yaxindan tanış olublar.