Xəbərlər
16.06.2022 - 17:00
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ (AHIK) 2030-CU İLƏDƏK DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİNİ HƏYATA KEÇİRMƏK ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASINDA GÖRÜLƏN TƏDBİRLƏRİN NƏZƏRDƏN KEÇİRİLMƏSİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ DÖVRÜ ÜÇÜN HESABATI AMEA GƏNCƏ BÖLMƏSİNDƏ MÜZAKİRƏ EDİLİB.

AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev  hesabat yığıncağını güriş sözü ilə açaraq,  bu tədbirdə iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor  Habil Qurbanovu salamlayıb, toplantının işinə uğurlar arzulayıb.

 İlk olarq sözü professor Habil Qurbanova verib.

Toplantıda iştirak edən, AMEA Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov Azərbaycan Respublikasında “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı inkişaf sahəsində gündəliyi, COVID-19 pandemiyasına qarşı dayanıqlı və dözümlü bərpa” mövzusunda  dayanıqlı inkişaf məqsədlərinə nail olunması ilə bağlı ölkəmizdə ötən dövrdə həyata keçirilən tədbirlər barədə məlumat verib, əsas məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının sürətləndirilməsi üzrə təşəbbüslərin müəyyənləşdirilməsi və COVID-19 pandemiyası ilə mübarizədə qlobal həmrəylik ruhunda olan ideya və layihələri dəstəkləməyi vurğulayıb.

        Habil Qurbanov həmçinin həmkarlar qurumlarının işinin yalnız maddi yardımlar üzərində deyil, insan həyatı və məişətinə aid bir sıra digər tədbirlərə də diqqət yetirilməsi yönündə qurulmasının məqsədəuyğunluğu haqda fikirlər də söyləyib. O, zehni fəliyyətlə məşğul olan insanlar üçün yay gəzintilərinin, görməli yerlərə turların təşkili kimi məsələlərlə bərabər, Gəncə Bölməsində çalışan gənc alimlər üçün ən yaxşı tədqiqatlar müsabiqələrinin təşkilinin də faydalı olacağını qeyd edib və bu dövrdə maarifləndirmə işləri, bilik yarışları, idman yarışlarının keçirilməsindən də danışdı.

Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov  bildirib ki, bu dövr ərzində Bölmənin institut, şöbə, laboratoriya və digər qurumlarında  çalışan işçilərin əmək və soial hüquqlarının təminatı baxımından ardıcıl tədbirlər həyata keçirilmişdir. Əvvəlki dövrlərdə olduğu kimi, göstərilən zaman kəsiyi ərzində də  hər il  bölmənin onlarla əməkdaşına müxtəlif məbləğlərdə maddi yardımlar, istirahət məkanlarına yol vərəqələri,  mükafatlar, ərzaq paketləri və digər bu kimi vasitələr ilə maddi-mənəvi dəstək göstərilmişdir.

         O, həmçinin qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi altında Böyük Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsi ilə bağlı  AMEA Gəncə Bölməsi kollektivi adından “Azərbaycan Respublikasının Silahlı Qüvvələri”, eləcə də   “Yaşat” və “Qarabağ” fondlarına  ümumi hesabla 7245 manat məbləğində pul köçürülüb.

       AMEA Gəncə Bölməsi İşlər İdarəsinin müdiri Rasim Tağıyev öz çıxışını bu elm ocağında aztəminatlı ailələri təmsil edən əmkdaşların sosial müdafiəsinin  təminatı, eləcə də son bir neçə ilin planetar bəlasına çevrilmiş COVİD-19 virusunun fəsadları ilə mübarizə məsələləri üzərində qurub. O, qeyd edib ki, AMEA Gəncə Bölməsində çalışan əməkdaşların istər profilaktik, istərsə də müalicə tədbirlərinin operativ həlli istiqamətində real addımlar atılıb və  iş yerlərinin mütəmadi dezinfeksiya tədbirlərinin həyata keçirilməsi, kollektivin vaksinasiya prosesinin  vaxtında başa çatdırılması, işçilərə, xüsusən də xəstəliyə yoluxmuş əməkdaşlara zəruri dərman preparatlarının paylanması bu qəbildən olan tədbirlərdir.

          Toplantının sonunda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev fəal iştirakına, işgüzar və faydalı məsləhət və ideyalara görə professor Habil Qurbanova təşəkkürünü bildirib, burada səslənən təklifllərin həyata keçirilməsi istiqamətində birgə çalışacaqlarını qeyd edib.