Xəbərlər
01.07.2022 - 12:16
ÖZBƏKİSTAN VƏ AZƏRBAYCAN ELMLƏR AKADEMİYALARININ HƏMKARLAR İTTIFAQLARI ƏMƏKDAŞLIQ EDƏCƏK

01 iyul 2022-ci ildə Bakı şəhərində “Park İNN” otelində Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlanmışdır.

Müqaviləni Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri, professor Rovşan Badirov ilə Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor  Habil Qurbanov imzalamışdır.

İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.

İmzalanma mərasimində Özbəkistan Elmlər Akademiyası Birgə Həmkarlar İttifaqının sədri Şerzod Juraevdə iştirak etmişdir.