Xəbərlər
06.07.2022 - 15:18
AMEA-NIN RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA QURBAN BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışan əməkdaşların, sosial rifahının yaxşılaşdırılması üçün davamlı olaraq tədbirlər həyata keçirilir. Müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı ərəfəsində Həmkarlar Təşkilatı tərəfindən institutunun bir sıra  əməkdaşlarına bayram sovqatları paylanılıb.

    İnstitutun Həmkarlar  Komitəsinin sədri dosent İ. Mirzəzadə əməkdaşlara sovqat paylarını təqdim edərək, müqəddəs Qurban bayramı münasibəti ilə  təbrik edib, hər kəsə sevdikləriylə birgə sağlam və rifah dolu həyat arzulayıb.  Qeyd edib ki, İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

  Bayramınız Mübarək!