Xəbərlər
06.07.2022 - 15:11
AMEA MEMARLIQ VƏ İNCƏSƏNƏT İNSTİTUTU GƏZİNTİDƏ

AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları  Həmkarlar Təşkilatının təşkilatçıllğı ilə təbiət müxtəlifliyilə seçilən və yamyaşıl Talış dağları arasında yerləşən Lənkəran şəhərinə bir günlük istirahətdə olmuşlar. Səfər çərçivəsində əməkdaşlar çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədilə tikilmiş Xanbulançay su anbarının ərazisində, Xəzər dənizi sahilində və "Şəlalə" ailəvi istirahət  mərkəzində gəzintidə olmuş, xatirə şəkilləri çəkdirmişlər. Səyahət Mİİ əməkdaşlarının yaddaşında xoş xatirələr buraxmış, alimlər Həmkarlar Təşkilatına təşəkkürlərini bildirmişlər.