Xəbərlər
08.07.2022 - 14:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə AMEA Azad Həmkarlar İttifaqının sədri hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. Sədr qarşıdan gələn Qurban bayramı münasibəti ilə Rəyasət Heyətinin üzvlərini təbrik edərək onlara işlərində uğurlar, cansağlığı arzulayıb. Daha sonra AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar Təşkilatının sədri Səyyar Abdullayev çoxillik səmərəli fəaliyyətinə, ictimai xidmətlərinə görə və 75 illik yubileyi münasibəti ilə Azad Həmkarlar İttifaqının Fəxri fərmanı və pul mükafatı ilə təltif olundu. Habil Qurbanov çıxışında Səyyar müəllimin Həmkarlar Təşkilatında uzunmüddətli böyük xidmətlərindən danışdı. Səyyar müəllim əməkdaşların asudə vaxtlarının səmərəli keçməsi üçün onların Azərbaycanın müxtəlif rayonlarına gəzintilərini təşkil etmiş, aztəminatlı ailələri maddi və ərzaq yardımı ilə hər zaman təmin etmişdir. Səyyar müəllim institut Həmkarlar Təşkilatının sədri olmaqla yanaşı həm  AMEA AHİ Rəyasət Heyətinin, həm də AHİK Məclisinin üzvüdür. Səyyar müəllimə işlərində uğurlar, özünə isə cansağlığı arzu edirik.

Yubilyar əməyinə verilən yüksək qiymətə görə AHİ sədri Habil Qurbanova minnətdarlığını bildirib.