Xəbərlər
28.07.2022 - 14:38
AMEA-NIN AZAD HƏMKARLAR İTTİFAQININ DƏSTƏYİ İLƏ POLİMER MATERİALLARI İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ÜÇÜN GƏZİNTİ TƏŞKİL OLUNUB.

 

AMEA-nın Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə Polimer Materialları İnstitutunun əməkdaşlarının asudə vaxtlarını səmərəli qeyd etmələri məqsədi ilə Azərbaycanın səfalı yerlərinə qısamüddətli gəzintisi təşkil edilib.

Polimer Materialları İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə institutun 54 əməkdaşı  Quba rayonuna təşkil edilmiş bir günlük gəzintidə iştirak ediblər. Əməkdaşlar Qəçreş və Səringöl istirahət mərkəzlərində olublar. İnstitut əməkdaşları bölgənin adət-ənənələri haqqında məlumat alıb, görməli yerləri ilə tanış olub, təbiətin qoynunda yaddaqalan bir gün keçiriblər. Tur zamanı, həmçinin əməkdaşlar üçün müxtəlif əyləncəli oyunlar keçirilib