Xəbərlər
07.04.2015 - 13:00
Qızıl Medal

7 aprel 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin növbəti iclası keçirildi. İclasda  Avropa Nəşr Mətbuat Evinin prezidenti Ş.Səlimbəyli tərəfindən AMEA AHİ-nin sədr müavini, Fəlsəfə və Hüququ İnstitutunun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin müdiri, h.e.d., professor Vəliyev İsaxan Veysəl oğlu Avropa Nəşr Mətbuat Evi tərəfindən yüksək ixtisaslı elmi kadrların hazırlanmasında səmərəli fəaliyyətinə, ölkədə aparılan hüquqi islahatlarda yaxından iştirakına və hüquq elminin inkişafındakı xidətlərinə görə “Ən Yaxşı Tədqiqatçı Hüquqşünas Alim” Qızıl medalı ilə təltif olundu.

Tədbirdə Sədr professor Alıyev İsa və Rəyasət Heyətinin üzvləri İsaxan müəllimi ürəkdən təbrik etdilər, ona gələcək işlərində uğurlar arzuladılar və onun barəsində xoş fikirlər söylədilər.