Xəbərlər
05.08.2022 - 13:51
"AMEA TƏCRÜBƏ-SƏNAYE ZAVODU" MMC VƏ "AMEA YÜKSƏK TEXNOLOGİYALAR PARKI " MMC GƏZİNTİDƏ

AMEA Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə "AMEA Təcrübə-Sənaye Zavodu"MMC və "AMEA Yüksək Texnologiyalar Parkı "MMC -nin 50 nəfərlik əməkdaşları üçün iyul ayının 23-də Azərbaycanın səfalı bölgələrindən biri olan Quba rayonuna 1 günlük gəzinti təşkil olunub. Əməkdaşlar Çənlibel gölü və Balbulaq istirahət mərkəzində olublar. Gəzintidən hər kəs məmnun qalıb və təşəkkürlərini bildirirlər.