Xəbərlər
19.10.2022 - 16:00
AMEA ƏMƏKDAŞLARI İCBARİ TİBBİ SIĞORTA SİSTEMİ İLƏ BAĞLI MƏLUMATLANDIRILIB

19 oktyabr 2022-ci ildə AMEA-nın Dairəvi zalında AMEA Azad Həmkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin baş mütəxəssisi Elvin Abbasovun iştirakı ilə AMEA-nın əməkdaşları üçün “İcbari Tibbi Sığorta” mövzusunda maarifləndirici təlim keçirilmişdir.

Təlimdə Elvin Abbasov

  • İcbari tibbi sığorta haqqında ümumi məlumat
  • İcbari tibbi sığorta haqları
  • İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər
  • TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri baradə ümumi məlumat
  • İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası
  • Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı
  • Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası və s. haqqında AMEA-nın əməkdaşlarını məlumatlandırdı.

         Maraqlı keçən görüşdə E.Abbasov əməkdaşların çoxsaylı suallarını ətraflı cavablandırdı.

       Sonda AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov Elvin Abbasova və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin rəhbərliyinə AMEA-nın kollektivi adından minnətdarlıq və təşəkkürlərini bildirdi.