Xəbərlər
16.11.2022 - 15:17
AMEA BOTANİKA İNSTİTUTU GƏZİNTİDƏ

AMEA Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə Botanika İnstitutunun Həmkarlar Təşkilatının əməkdaşları üçün 28.10.22-30.10.22 tarixlərində 3 günlük  Qax rayonunun İlisu kəndinə gəzinti təşkil edilmişdir. Əməkdaşlar Uludağ otelində qalmışlar. Əməkdaşlar Səngər qalanın tarixi divarları və İlisunun füsunkar təbiəti ilə tanış oldular. Alban kilsəsinə-Kürmük məbədinə ziyarət etdilər, daha Qax diyarşünaslıq muzeyi, Heydər parkı ilə tanışlıq oldu. Əməkdaşlar belə gözəl istirahətə görə Botanika İnstitutu Həmkarlar Təşkilatının sədri Şəkər xanıma öz minnətdarlıqlarını bildirdilər.