Xəbərlər
28.11.2022 - 14:00
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI QUSAR RAYONUNA SƏFƏR EDİBLƏR

Riyaziyyat və Mexanika İnstitutu Həmkarlar Təşkilatının təşkilatçılığı ilə  26-27 noyabr  2022-ci il tarixlərində 2 günlük Qusar rayonuna gəzinti təşkil edilib. “ILK INN” mehmanxanasında istirahət edən institutun 19 əməkdaşı Şahdağ Turizm Mərkəzi, Şeyx Cüneyd türbəsi və  Ləzə şəlaləsinə səfər ediblər. Təşkil olunmuş səfərdə əməkdaşlar üçün müxtəlif əyləncəli oyunlar keçirilmişdir.