Xəbərlər
15.02.2016 - 17:06
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçiriləcək

Fevralın 17-də saat 11:00-da AMEA-nın Əsas binasında Dilçilik İnstitutununtəşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçiriləcək.

Qeyd edək ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Həmin gün 1999-cu ilin noyabrında Banqladeş səfirliyinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili Günü elan edilmişdir.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115, IV mərtəbə.