Xəbərlər
14.12.2022 - 16:31
AMEA GƏNCƏ BÖLMƏSİNDƏ “2022-Cİ İLİN ƏN YAXŞI ELMİ İŞÇİSİ” MÜSABİQƏSİNƏ YEKUN VURULUB

AMEA Gəncə Bölməsində, bu elm ocağı üzrə aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsi, əməkdaşların aktual mövzular üzrə elmi yanaşma tərzlərinin və araşdırma metodlarının səmərəliliyinin artırılması, onların daha fəal elmi mövqeyə təşviqi və bu hədəflərin əldə olunmasının stimullaşdırılması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir.

     Bu günlərdə Bölmənin Həmkarlar Təşkilatının dəstəyi ilə baş tutan texniki və ictimai elmlər üzrə "2022-ci il üçün ən yaxşı elmi işçi" müsabiqəsinə yekun vurulub. Müsabiqəyə 70-dən artıq tədqiqat işi təqdim edilib. Onların qiymətləndirilməsi məqsədilə iki elmi istiqamət üzrə komissiya yaradılıb.  Komissiyanın qərarı ilə Texniki elmləri üzrə: 1-ci yerə Aişə Həsənova, 2-ci yerə  İlahə Cəfərova, 3-cü yerə Mahirə Şərifova

    İctimai elmlər üzrə: 1-ci yerə Elnur Həsənov, 2-ci yerə Əlimuxtar Muxtarov, 3-cü yerə Günay Cəfərova layiq görülüblər.

    Qaliblərə AMEA Gəncə Bölməsinin qərarı ilə Fəxri Fərman, Bölmənin Həmkarlar Təşkilatının dəstəyi ilə mükafatlar təqdim edilib.