Xəbərlər
14.02.2023 - 15:15
AMEA NƏZDİNDƏ RSXM-DƏ AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQI KONFEDERASİYASININ 30 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR “AHİK 30- TARİXƏ BAXIŞ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR.

AMEA nəzdində RSXM-in Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 10.02.2023-cü il tarixində AMEA nəzdində RSXM-də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının 30 illik yubileyinin qeyd olunması əlaqədar “AHİK 30- tarixə baxış” mövzusunda konfrans keçirilmişdir.

    Tədbiri giriş sözü ilə açan AMEA nəzdində RSXM-in Həmkarlar Təşkilatının sədri E.S.Qaravəliyev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının bütün üzvlərini mötəbər tarix münasibəti ilə təbrik edərək, AHİK-in 1993-cü il fevralın 5-də təsis edilməsindən, əsas funksiyasının həmkarlar ittifaqları üzvlərinin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsinin təmin edilməsindən ibarət olmasını qeyd etmişdir.

      AHİK-in təsis olunması o zamana təsadüf etmişdir ki, həmkarlar ittifaqlarının sanatoriyaları, hətta inzibati binası onun balansından çıxarılırdı. Lakin, yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq fərman və sərəncam həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı və 1994-cü ildə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanunun qəbul edilməsi ilə AHİK-in fəaliyyətində  hüquqi baza yaranmış oldu.

      AHİK-ə yarandığı gündən rəhbərlik edən MM-in üzvü Səttar Möhbalıyevin şəxsi fəaliyyəti sayəsində AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür, Konfederasiyanın sədri Səttar Möhbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir.

       Konfederasiyanın hər zaman elm adamlarının sosial problemlərinin həlli, onların müayinə və müalicəsi, istirahəti üçün əlverişli şəraitin yaradılması məsələlərini daima diqqətdə saxladığını vurğulayan sədr, AMEA nəzdində RSXM-in Həmkarlar Təşkilatının AMEA-nın Azad Həmkarlar İttifaqının tərkibində fəaliyyət göstərdiyini və İlk Həmkarlar Təşkilatı olaraq AHİK və AMEA AHİ-nın təşkil etdiyi  bir sıra ictimai tədbirlərdə yaxından iştirak etdiyini, o cümlədən  44-günlük Vətən müharibəsində övladları şəhid olmuş mərkəzin əməkdaşlarına və 1-ci və 2-ci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşlara daima qayğı göstərildiyi qeyd olundu.

      Daha sonra HT-nin müavini Bəxtiyar Xanbutov və mərkəzin baş mühəndisi Ramiz İskəndərov çıxış edərək özündə Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqlarını birləşdirən AHİK-i yubiley münasibətilə təbrik etdilər və əmək fəaliyyətləri dövründə Həmkarlar İttifaqlarının gördükləri işlərdən, həll etdikləri problemlər haqqında geniş məlumat verdilər.