Xəbərlər
14.02.2023 - 15:17
ZƏLZƏLƏ QURBANLARI RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA BİR DƏQİQƏLİK SÜKUTLA YAD EDİLDİ

       AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının təşkilatçığı ilə keçirilən iclasda Türkiyədə baş vermiş zəlzələ nəticəsində dünyasının dəyişmiş Türk qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qurumun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov qardaş Türkiyə Respublikasında baş vermiş, böyük insan tələfatı olduğunu bildirib və dağıntılarla nəticələnmiş dəhşətli zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyir.

      Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür. Bununla əlaqədar olaraq, zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədi ilə  institutumuzun əməkdaşları əmək haqqının verilən məbləğindən müəyyən qədər tutulmasına etiraz etmirlər.