Xəbərlər
14.02.2023 - 15:19
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ TƏSİS EDİLMƏSİNİN 30 İLLİK YUBİLEYİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsis edilməsinin 30 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova çıxış edərək AHİK-in fəaliyyətindən yaranma tarixindən görülən işlərdən, xüsusən Şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışdı.

F.f.d., dosent Zeynəddin Şabanov “Sosial əmək münasibətlərinin tənzimlənməsində Həmkarlar İttifaqlarının rolu” mövzusunda çıxış etdi. O, çıxışında Həmkarlar İttifaqının keçdiyi tarixi mərhələlərdən, inkişaf yollarından, cəmiyyətdə insanların sosial təminatının yaxşılaşmasındakı sosial lift roluna və vəzifələrinə toxundu. Həmkarlar İttifaqının əsas məqsədlərindən birinin insan həyatının rifahlaşdırılması, insanların sosial həyatının, iş saatlarının tənzimlənməsi olduğunu vurğuladı.

Sonra tədbir iştirakçıları mövzu ilə bağlı müzakirə apararaq, fikirlərini bölüşdülər.