Xəbərlər
06.03.2023 - 13:51
RSXM-DƏ 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD OLUNUB

Martın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.

RSXM-nin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 8 Mart Beynəlxalq Qadınlar Gününün yaranma tarixindən danışaraq, mərkəzdə çalışan qadın əməkdaşların bayramlarını təbrik edib. 

 Daha sonra mərkəzin Həmkarlar Təşkilatı tərəfindən xanımlara bayram hədiyyələri təqdim olunub.