Xəbərlər
07.03.2023 - 12:19
FİZİKA İNSTİTUTU 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD OLUNUB

Fizika İnstitutunun Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova xanım əməkdaşları "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim edib. O, xanımlara həyatda ən böyük nemət olan cansağlığı uzun ömür, şəxsi və elmi işlərində uğurlar diləyib. Həmçinin, yel çərşənbəsi münasibətilə hər kəsi təbrik edib, bol ruzi, xoş günlər arzu edib.