Xəbərlər
07.03.2023 - 13:00
AMEA MEMARLIQ VƏ İNCƏSƏNƏT İNSTİTUTUNDA 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD OLUNUB.

6 mart tarixində AMEA Memarlıq və İncəsənət İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib.  Mİİ Həmkarlar təşkilatının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərvanə Əliyeva xanım həmkarlarını bayram münasibətilə təbrik edərək, hədiyyələr təqdim edib. Zövqlə hazırlanan bayram təbriki və hədiyyələr kollektivin sevincinə  səbəb olub. Xanımlar onlara göstərilən diqqət və qayğıya görə İnstitutun rəhbərliyinə və komitə sədrinə səmimi mühitdə bayram əhval-ruhiyyəsi yaratdıqlarına görə təşəkkürlərini bildiriblər.