Xəbərlər
07.03.2023 - 14:07
POLİMER MATERİALLARI İNSTİTUTUNDA 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD EDİLİB

7 mart 2023-cü il tarixində Polimer Materialları İnstitutunda Beynəlxalq Qadınlar Günü münasibətilə Həmkarlar  Təşkilatı və Qadınlar Şurasının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Polimer Materialları İnstitutunun Həmkarlar Təşkilatının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova bayram münasibətilə qadınları təbrik edərək bildirib ki, Azərbaycan qadını həmişə öz istedadı, bacarığı, ağlı və iradəsi ilə fərqlənib, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və bu dəyərlərin yaşadılaraq gələcək nəsillərə ötürülməsində müstəsna xidmətləri olub.

Tədbirdə eyni zamanda Polimer Materialları İnstitutunun Qadınlar Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanova çıxış edərək qeyd edib ki, bu gün cəmiyyətin bütün sahələrində ölkəmizin inkişafı yolunda çalışan, onun mənafeyini hər şeydən yüksəkdə tutan qadınlarımızın fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.

Sonra institutun 171 qadın əməkdaşına 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyələr təqdim edilib.