Xəbərlər
07.03.2023 - 14:17
DENDROLOGIYA İNSTİTUTUNDA "8 MART - BEYNƏLXALQ QADINLAR GÜNÜ" MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR

Dendrologiya İnstitutunda 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova bu əlamətdar günün tarixindən, qadınların cəmiyyət həyatında oynadığı roldan, tutduğu yüksək mövqedən bəhs edib. O,  qeyd edib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqın adını uca tutub.

Daha sonra İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri HT- sədri Tünzalə Zeyvəliyeva çıxışında ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adının, ana adının ölkəmizdə həmişə uca tutulduğunu, Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini vurğulayıb.

İnstitut əməkdaşlarının qadın həmkarlarına öz ürək sözlərini və təbriklərini çatdırması ilə tədbir davam etdirilib. Eyni zamanda tədbirdə
Dendrologiya İnstitutunun əməkdaşı Elnarə Salahovanın yaxın günlərdə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldığına görə kollektiv adından  təbrik edilib.