Xəbərlər
17.03.2023 - 17:00
AMEA-NIN ŞƏKİ REM-DƏ “NOVRUZ BAYRAMI” İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB.

17 mart 2023-cü il tarixində AMEA-nın Şəki REM-də Həmkarlar Təşkilatının təşkilatçılığı ilə “Novruz bayramı” ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Şəki REM-nin baş mühəndisi Rəhim Abdurahmanov açıb. Tədbirdə “Novruz – Azərbaycan xalqının milli bayramıdır” mövzusunda “Landşaftşünaslıq”şöbəsinin rəhbəri g.m.ü.f.d. Hüseyn Mustafabəyli məruzə edib. Daha sonra Şəki REM-nin Həmkarlar Təşkilatının sədri Aqil Mustafayev, “Ekoloji biofizika” şöbəsinin rəhbəri Yevgeniya Bəkirova, “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri, biol.ü.f.d.,dosent Qüdürət Bəkirov, “Folklorşünaslıq və El sənətləri” şöbəsinin rəhbəri İradə Yusifova və başqaları “Novruz bayramı”nın mahiyyəti və özəllikləri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbir iştirakçıları çay süfrəsi ətrafında “Novruz tədbirini” qeyd ediblər.