Xəbərlər
17.03.2023 - 15:00
DENDROLOGİYA İNSTİTUTUNDA NOVRUZ BAYRAMI QEYD OLUNUB

17 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda Həmkarlar Təşkilatının Novruz bayramına həsr olunmuş iclas keçirilib.Tədbiri giriş sözü ilə açan Dendrologiya İnstitutunun baş direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə kollektivi təbrik etdi. Xalqımızın milli-mənəvi dəyərlərə önəm verməsi baxımından Novruz bayramının qeyd olunmasının əhəmiyyətini vurğuladı. O, çıxışında Novruzu xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayram kimi səciyyələndirib.
Daha sonra İnstitutun Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyeva insanların arzu və ümidlərini, niyyətlərini təcəssüm etdirən Novruz bayramı münasibətilə institutun bütün əməkdaşlarını təbrik edib, onlara xoş günlər arzulayıb. O, tarixi çox qədim olan Novruzun hər bir azərbaycanlı üçün əziz bayram olduğunu bildirib.
Tədbirin sonunda İnstitutun Həmkarlar Təşkilatı tərəfindən əməkdaşlara bayram sovqatı paylanıb.