Xəbərlər
17.03.2023 - 18:00
GENETİK EHTİYATLAR İNSTİTUTU NOVRUZ ŞƏNLİYİNİ QEYD ETDİ.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) əməkdaşları 2023-ci il 17 mart tarixində Giləvar restoranında Novruz bayramı şənliyi keçirib. Həmkarlar Təşkilatı , Gənc alim və mütəxəssislər Şurası, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə GEI-nin rəhbərliyi, şöbə müdirləri və 50 dən çox sayda əməkdaşları qatılıb.