Xəbərlər
30.03.2023 - 13:49
31 MART SOYQIRIMININ 105-Cİ İLDÖNÜMÜ ANILIB

Martın 29-da AMEA Azad Həmkarlar İttifaqı ilə birgə Tarix İnstitutunda 1918-ci il mart soyqırımının 105-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov  erməni millətçiləri tərəfindən 1918-ci il mart- may aylarında xalqımıza qarşı həyata keçirilən soyqırımı  siyasətinin əsl mahiyyətindən danışıb.Bildirib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı xalqımızın XX əsr tarixinin ən  qanlı səhifələrindən biridir.Həmin hadisələr zamanı 50 min azərbaycanlı qətlə yetirilib.

Daha sonra  AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov bildirib ki, son 20 ildə Tarix İnstitutunun əməkdaşları Azərbaycan dövlətinin tarixi haqqında kifayət qədər əsərlər hazırlamışlar. Bu əsərlərdə tariximiz  obyektiv şəkildə işıqlandırılmışdır. 1946 - cı ildə Birləşmiş Millətlər Təşkilatı bununla bağlı qətnamə qəbul edib.1948-ci ildən soyqırım törədənlərə cəzalar tədbiq edilməyə başlanılıb, çoxlu sayda cinayət məhkəmələri təşkil olunub. Soyqırım beynəlxalq aləmdə genosit kimi adlanır. Məruzəçi ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini Azərbaycan həqiqqətlərinin dünya ictimaiyyətinə çatdıırılması istiqamətində atılan mühüm addım kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Ümummilli liderin bu sərəncamı ilə  erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinə siyasi-hüquqi qiymət verildiyini söyləyib. Bununla da XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə indiki və gələcək nəsillərdə milli yaddaş formalaşdırılıb.

Hər bir azərbaycanlının   əsas vəzifəsi güclü dövlət naminə  tariximizə etinasızlıq göstərməmək, onu  dəqiq  öyrənmək  və ondan ibrət dərsi çıxarmaqdır.  Azərbaycanlılara qarşı törədilmiş soyqırımın  tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının yaşadığı acı  hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilmək vacibdir.

Sonra tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov,tarix üzrə fələsəfə doktoru Kamran İsmayılov,tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açdılar. Qeyd edilib ki, 1918-ci ildə ermənilər azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə qanlı qırğınlar törədiblər.