Xəbərlər
20.04.2023 - 13:59
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ İLK TƏŞKİLATLARINDA ƏMƏKDAŞLAR ÜÇÜN MÜQƏDDƏS RAMAZAN BAYRAM TƏDBİRLƏR KEÇİRİLİB.

 AMEA Azad Həmkarlar İttifaqının ilk təşkilatlarında  AMEA əməkdaşları Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edildi,  onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzu edildi.

AMEA Azad Həmkarlar İttifaqının maliyyədəstəyi ilə İlk təşkilatlarından Mərkəzi Elmi Kitabxanası 120 ədəd, Riyaziyyat və Mexanika İnstitutu 23 ədəd əməkdaşlar üçün “Bazarstore” mağazalar şəbəkəsindən hədiyyə kartları paylanıldı.

İlk təşkilatlarından Polimer Materiallar İnstitutu, Aşqarlar Kimyası İnstitutu, Zoologiya İnstitutu öz  əməkdaşlarına bayram sovqatları alıb payladılar.

AMEA Azad Həmkarlar İttifaqı tərəfindən əməkdaşlara Ramazan bayramı münasibəti ilə konsert biletləri paylanıldı.