Xəbərlər
30.05.2023 - 16:22
RİYAZİYYAT VƏ MEXANİKA İNSTITUTUNUN ƏMƏKDAŞLARI GƏZİNTİDƏ

Riyaziyyat və Mexanika  İnstitutunun Həmkarlar Təşkilatının sədri, dosent İradə Mirzəzadənin  təşkilatçılığı ilə 27-29 may 2023-cü il tarixlərində institutun 24 nəfər əməkdaşı üçün Azərbaycanın səfalı güşələrindən Balakən, Zaqatala, Qax rayonlarına gəzinti təşkil edilib. Balakəndə yerləşən “Qubek” hotelində (2 gecə 3 gün) istirahət edən əməkdaşlar üçün turlar təşkil olunub. Tur çərçivəsində Qax rayonunun  İlisu kəndində Ram Ramay şəlaləsi və XVIII əsrdə inşa olunmuş Sumuq qalasını ziyarət ediblər.