Xəbərlər
16.06.2023 - 10:00
DENDROLOGİYA İNSTİTUTUNDA 15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB.

AR Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunda  15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

 Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova  15 İyun – Milli Qurtuluş Günü münasibətilə iştirakçılara təbriklərini çatdırıb. O bildirib ki,  ümumilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu öndər özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə böhrana son qoydu, xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirdi.

Dendrologiya İnstitutun Həmkarlar Təşkilatının sədri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva bildirib ki, ulu öndər Heydər Əliyev böyük risklərə baxmayaraq,  xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

 Tədbir digər çıxışlarla davam edib. Çıxışlarda xalqın tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından ətraflı danışılıb