Xəbərlər
20.06.2023 - 09:47
NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN KOLLEKTİVİNİN QƏBƏLƏ GƏZİNTİSİ

 

18 iyun 2023-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitunun Həmkarlar Təşkilatının maddi dəstəyi ilə bir günlük Qəbələ gəzintisi təşkil edilmişdir. Dilçilik İnstitutunun 31 əməkdaşı 18 iyun 2023-cü il tarixində səhər erkən saatlarında avtobusla Bakıdan, Elmlər Akademiyasının binası qarşısından Şamaxı  istiqamətində yola düşmüşlər. Əməkdaşlar Qobustan rayonu ərazisində yerləşən “Qobu Land” istirahət mərkəzində səhər yeməyi yemişlər.

Sonra gəzinti turu Qəbələ istiqamətinə yola düşmüşdür. Qəbələ rayonu ərazisində “Nohur göl” istirahət mərkəzində bir müddət istirahət etdikdən sonra gəzinti turu Qəbələ-Oğuz yolundakı “Lavanda plantasiyası”na yön almışdır. Lavanda plantasiyasında fotosessiya çəkilişləri olmuş, alimlər lavanda bitkisinin yağından hazırlanmış məhsullarla tanış olmuşlar.

Daha sonra dilçi –alimlərdən ibarət tur Qəbələ rayonu Vəndam kəndində yerləşən “Duyma” otel ərazisinə gəlmiş, burada nahar yeməyi yedikdən sonra istirahət etmişlər. Müxtəlif idman oyunları ilə məşğul olmuş, otel ərazisindəki diskotekada rəqs etmişlər.

Axşam saatlarında alim kollektivinə samovar çayı təqdim olunmuşdur.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun kollektivi gəzintidən çox razı qalmış və AMEA Həmkarlar Təşkilatının rəhbərliyinə dərin təşəkkürlərini bildirmişlər.