29-30 iyun tarixlərində Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə İnstitut əməkdaşları üçün Şəki şəhərinə iki günlük gəzinti turu təşkil edilmişdir. Tur çərçivəsində Şəki şəhərində yerləşən XVIII əsr saray memarlığının nadir nümunələrindən olan Şəki xan sarayını, dağlarla əhatə olunmuş və dəniz səviyyəsindən 1080 metr yüksəklikdə yerləşən Marxal gölünü, Şəki rayonu Kiş meşəliyində yerləşən Şam Bağını və “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində ölkəmizin və Şəki şəhərinin turizm sektorunda önəmli yer tutan “Bio Garden” aqroturizm sahəsini ziyarət etmişlər. Burada Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrindən gətirilmiş müxtəlif növ dekorativ gül kollarına, meyvə ağaclarına, həmçinin balıq və quş növlərinə rast gəlinir.









1545120462.jpg)



