Xəbərlər
05.07.2023 - 10:53
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ İLK TƏŞKİLATLARINDA QURBAN BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİRLƏR KEÇİRİLİB

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Bu müqəddəs bayram münasibətilə AMEA Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov, Şamaxı Astrofizika Rəsədxanasının Həmkarlar Təşkilatının sədri Famil Mustafa və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Həmkarlar Təşkilatının sədri Məmməd Məmmədovun təşkilatçılığı ilə Akademiyada çalışan aztəminatlı ailələrə - onlardan Şamaxı Astrofizika Rəsədxanasında çalışan əməkdaşlara - 90 pay, Kataliz və Qeyri-üzvü Kimya İnstitutundakı əməkdaşlara - 20 pay, Torpaqşünaslıq və Aqrokimya İnstitutundakı əməkdaşlara - 35 pay və 20 pay şəhid ailələrinə qurban əti paylanıldı. Bundan başqa digər təşkilatlar isə “Bazarstore” Marketlər Şəbəkəsindən bayram kartları alıb öz əməkdaşlarına payladılar.