Xəbərlər
25.07.2023 - 09:44
AMEA NƏZDİNDƏ RSXM-İN ƏMƏKDAŞLARININ QUBA VƏ QUSAR RAYONLARINA EKSKRUSİYASI

Əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə 22-23 iyul tarixində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə mərkəzin bir qrup əməkdaşı Quba və Qusar rayonlarında səfərdə olublar. Səfər çərçivəsində kollektiv Quba şəhərində yerləşən Quba Soyqırım Memorial Kompleksini ziyarət edib və 1918-ci ildə bolşevik-erməni silahlı quldurlarının Quba şəhərində və ölkəmizin digər bölgələrində müsəlman əhaliyə qarşı törətdikləri soyqırım aktları nəticəsində günahsız qətlə yetirilən soydaşlarımız haqqında tarixi faktlarla tanış olublar, soyqırım qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda I Qarabağ müharibəsinin və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər. 

Daha sonra kollektiv Qusar rayonunda yerləşən Qayi Bulaq İstirahət Mərkəzində istirahətlərini davam etdirərək buranın tarixi yerlərindən biri olan Şeyx Cüneyd türbəsində olmuşlar.

Kollektiv həmçinin Quba rayonun mənzərəli yerlərindən olan Çənlibel gölü, Təngialtı, Qusar rayonunda isə Laza şəlaləsi ilə tanış olublar.