Xəbərlər
17.07.2023 - 10:08
FƏLSƏFƏ VƏ SOSİOLOGİYA İNSTİTUTU GƏZİNTİDƏ

 İyulun 15-də Fəlsəfə və Sosiologiya  İnstitutunun Həmkarlar Təşkilatı İnstitut əməkdaşları üçün Quba rayonuna bir günlük gəzinti təşkil edib. “WELCOME TRAVEL MMC”  şirkəti tərəfindən həyata keçirilən gəzintidə  40 nəfər İnstitut əməkdaşı iştirak edib. İnstitut əməkdaşları Quba rayonu ərazisində yerləşən “Sərin” restoranında səhər yeməyi yedikdən sonra Qəçrəş meşəsində, Qımılqazma kəndində və “Mountain Breeze istitahət məkanında olublar. Gəzintidə iştirak edənlər “Məsdərgah” istirahət mərkəzində nahar yeməyi, “Qədim Quba” istirahət mərkəzində isə şam yeməyi ilə təmin olunublar. Bir günlük gəzintisinin bütün xərcləri İnstitunun Həmkarlar Təşkilatı tərəfindən  qarşılanıb.