Xəbərlər
31.07.2023 - 16:54
BİOFİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ÜÇÜN ŞAMAXI ŞƏHƏRİNƏ QISAMÜDDƏTLİ GƏZİNTİ TƏŞKİL OLUNMUŞDUR

Biofizika İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə əməkdaşları üçün ölkəmizin səfalı yerlərindən biri olan Şamaxı şəhərinə qısamüddətli gəzinti təşkil olunmuşdur. Əməkdaşlar Şamaxı Astrofizika İnstitutunun ərazisində, sıx meşənin kənarında yerləşən kotejlərdə istirahət etmişlər. İnstitutun əməkdaşları 21-23 iyul tarixində təşkil olunan 2 günlük gəzinti zamanı Şamaxı şəhərinin gəzməli-görməli yerlərinə, eyni zamanda Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya etmişlər. Ekskursiya zamanı əməkdaşlar Şamaxının ən qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri ilə tanış olmuşlar. Əməkdaşlar yüksək təşkilatçılığa  və eyni zamanda göstərdiyi dəstəyə görə (AMEA) Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanova və Biofizika İnstitutun Həmkarlar Təşkilatının sədri Rasim Aslanova öz təşəkkürlərini bildiriblər.