Xəbərlər
11.09.2023 - 13:59
DENDROLOGİYA İNSTİTUTUNUN HƏMKARLAR TƏŞKİLATI GƏZİNTİ TƏŞKIL EDİB

AR ETN Dendrologiya institutunun Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyeva AMEA-nın Azad Həmkarlar İttifaqının dəstəyi ilə institutut əməkdaşlarının asudə vaxtının səmərəli təşkili istiqamətində hər il sosialyönümlü, marifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar, vətənimizin müxtəlif bölgələrinə marifləndirici və əyləndirici gəzinti təşkil edilir.

Bu il də Dendrologiya İnstitutunun Həmkarlar Təşkilatının təşkilatıçılığı ilə institutun 25 nəfər əməkdaşı üçün Şamaxı rayonuna 1 günlük gəzinti təşkil edilib.

İnstitut əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında da ekskursiyada olublar. Əməkdaşları əvvəlcə rəsədxanadakı diametri iki metr olan əsas teleskopla tanış olublar. Əməkdaşlara teleskopun işləmə mexanizmi, müşahidə qaydaları barədə ətraflı məlumat verilib, onlar həmçinin müxtəlif vaxtlarda müşahidə nəticəsində çəkilmiş qalaktikalar, planetlər və ulduzlar toplusunun fotoşəkilləri ilə tanış olublar.

Qeyd edək ki, rəsədxana Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.

Kollektiv xoş təəsuratla istirahət gününü başa vurublar.