Xəbərlər
19.09.2023 - 10:52
“İLİN PEŞƏKAR GƏNCİ” ADINA LAYİQ GÖRÜLMÜŞ GƏNCLƏR MÜKAFATLANDIRILIB

Sentyabrın 18-də 2022-ci il üçün “İlin peşəkar gənci” adına layiq  görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.

 “İlin peşəkar gənci” adına layiq  görülmüş gəncləri təbrik edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin gənclər siyasətindən danışıb, ölkəmizdə gənclərin inkişafı üçün yaradılmış şəraitdən bəhs edib.

Tarixən gənclərin cəmiyyətlərdə əsas hərəkətverici qüvvə olduğunu bildirən Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin gənclərə xüsusi diqqət yetirdiyini, onların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müasir elmi biliklərə yiyələnməsi, peşəkar kadr kimi yetişməsi üçün dövlət səviyyəsində hər şey etdiyini bildirib.

Qeyd edək ki, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHİK tərəfindən 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib.

AMEA Azad Həmkarlar İttifaqından üç fəal, gənc üzvləri, AMEA Dilçilik İnstitutundan Orucova Günel, Şərqşünaslıq İnstitutundan Səmədova Ülkər, Botanika İnstitutundan Zeynalova Aydan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2022-ci il üzrə “İlin Peşəkar Gənci” Fəxri adına layiq görülmuş, AHİK-in Fəxri Diplomu, döş nişanı və vəsiqələri ilə təltif edilmişlər. Onların hər birinə 200 (iki yüz) AZN pul mükafatı veriləcəkdir.