Xəbərlər
27.09.2023 - 15:18
SENTYABRIN 27-DƏ AR ETN DENDROLOGIYA İNSTİTUTUNDA 27 SENTYABR – ANIM GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB.

Azərbaycan dövlət himni ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AR ETN Dendrologiya İnstitutunun baş direktor v.i.e., b.ü.f.d., dosent Minarə Həsənova 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri ilə qəhrəman hərbçilərimizin Ermənistan silahlı qüvvələrini darmadağın etdiyini, nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdiyini qeyd deyib.

Daha sonra, institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, HT-sədri Tünzalə Zeyvəliyeva Qarabağda lokal antiterror tədbirlərindən Ordumuzun zəfərindən danışdı.  Qətiyyətlə söyləyə bilərik ki, 44 günlük müharibədə dərin inamla məqsədyönlü siyasətin birgə zəfəri, böyük təntənə anı yaşanmış Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən müqəddəs Qarabağ hədəfi müəyyənləşdirmiş, həm düşünülmüş xarici siyasət kursu ilə bu hədəfə doğru getmiş və bu gün artıq Azərbaycanın mirvari şəhəri sayılan Xankəndiyə, Xocalı və Ağdərəyə, bütöv Azərbaycanına qovuşdu.  O, institutun internet kanalı olan Zəfər tv - dən danışaraq qeyd etdi ki, 2020-ci ildə Zəfər tv kanalı Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuzun şücaətlə qazandığı qələbəyə həsr olunaraq fəaliyyətə başlayıb. Kanalda bu günə qədər  elmi-publisistik verlişlərlə yanaşı Şəhidlərə həsr olunmuş 300-dən çox veriliş çəkilərək, yayımlandığını vurğulanıb. Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlərin qürur mənbəyimiz olduğunu söyləyib. Ölkə rəhbərinin müvafiq Sərəncamına əsasən təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu, torpaqlarımızı öz qanı-canı bahasına azad edən qəhrəman şəhidlərimizin xatirəsinin həmişə ehtiramla yad ediləcəyini deyib.  

Bu gün Qarabağda baş verənlər ilahi ədalətin təntənəsidir. Bir daha bildirək ki, ədalət Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində təcəlli tapıb. Bu siyasət Qarabağı Azərbaycan edən siyasətdir. Bu siyasət cənnətməkan Qarabağı, sözün əsl mənasında, Vətən edən siyasətdir.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Xəlilov və digər əməkdaşlar da çıxış edərək,  “Şanlı Zəfər” naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızın vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayişindən söz açıb.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bir daha bildirmək üçün bu gün təsis edilmişdir. Allah bir daha bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa, uzun ömür versin!

Sonunda Zəfər tv kanalının Şəhidlər haqqında lentə alınan filmlərdən fraqmentlər təqdim olunub.